"Çelsi"nin marağında yapon futbolçu
09.04.2015 - 23:29
Londonun “Çelsi” klubu Yaponiya millisinin üzvü Yoşinori Mutonu heyətinə qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, ingilis mətbuatında yer alan xəbərlərdə oyunçu ilə 5 illik müqavilənin bağlana biləcəyi deyilir.
Muto ötən mövsüm “Tokio” forması ilə 33 qarşılaşmada 13 qol vurub. Uğurlu çıxışından sonra isə Yaponiya yığma komandasının heyətinə cəlb olunub. Cari mövsümdə 4 matçda 3 dəfə fərqlənib.
0
0