[b]Vüqar Nadirov: Belə vəziyyətlə ilk dəfədi üzləşirəm[/b] - MÜSAHİBƏ
10.10.2014 - 15:23
[b]Vüqar Nadirov: Belə vəziyyətlə ilk dəfədi üzləşirəm[/b] - MÜSAHİBƏ

Bu gün İtaliya ilə qarşılaşacaq Azərbaycan yığmasının futbolçusu Vüqar Nadirovun apasport.az saytına müsahibəsi

 

- Karyeranızda 1 ay ərzində eyni ölkəyə 2 dəfə səfər etdiyinizi xatırlayırsınız?

- Yox. 1 ay ərzində ayrı-ayrı yığmalarla 2 ölkəyə getdiyim vaxtlar olsa da, ilk dəfədi belə bir hal baş verir. Əvvəl “Qarabağ”la Milana getdik, indi isə milli ilə Palermodayam. Bu bizim işimizdi. Hara desələr, ora da getməliyik.

 

- İtaliyadan xal almaq ehtimalımız varmı?

- Rəqib bizi saymaya, yuxarıdan aşağı baxa və bu oyuna ciddi yanaşmaya bilər. Məncə, onlar bizə yuxarıdan aşağı baxır. Bu, bizim onlardan üstün cəhətimizdi. Həm İtaliya, həm də Xorvatiyanı nəzərdə tuturam. Ola bilər ki, onların bu arxayınçılığından istifadə edib şanslarımızdan yararlanaq. Bura gəlmişiksə, nəticə qazanmaq istəyirik.

 

- Daniele de Rossi və başqa aparıcı futbolçuların İtaliya millisinə çağırılmamağı nə dərəcədə işimizə yaraya bilər?

- Mario Balotelli də heyətə çağırılmayıb. Amma İtaliyada başqa səviyyəli futbolçular da var. İtaliya futbolu elə üslubdadır ki, 5 müdafiəçi ilə çıxış edirlər. Cinah müdafiəçiləri daha çox hücumlar qurur. Biz də onların üslubuna uyğun olaraq ciddi hazırlaşmışıq.

 

- Frankfurtda keçdiyiniz hazırlıq zamanı futbolçularla görüşüb, Bolqarıstan məğlubiyyətini unutdurmaq üçün nəsə bir şey etməyə dair söhbətiniz oldumu?

- Əlbəttə. Evdə uduzduq deyə, istəyirik ki, azarkeşlərimizi sevindirək və onları stadiondan küsdürməyək.

 

- “İnter”lə oyundan sonra sizdə hər hansısa bir yorğunluq yoxdu?

- Yox. Frankfurt toplanışı zamanı həm məşq etdik, həm də yatmağımıza fikir verdik. Məncə, bizdə yorğunluq yoxdu.

 

- Andrea Ranokkya ilə yenidən görüşmək sizin üçün maraqlı olacaq...

- Əlbəttə. O, “İnter”də çıxış edir. Ranokkya ilə artıq klubda üz-üzə gəlmişik, indi yığmada bir-birimizə qarşı oynayacağıq. Təbii ki, o, əsas heyətdə oynasa...

 

- Millimizin vitse-kapitanı Mahir Şükürovla Vaqif Cavadovun yığmaya çağırılmaması oyunumuza nə dərəcədə təsir edə bilər?

- Doğrudan da Mahir bizə lazım idi. Düzdür, bu iki futbolçunu əvəzləyə biləcək futbolçular var. Amma yenə də düşünürəm ki, Mahirlə Vaqifin yığmaya çağırılması daha yaxşı olardı.

 

Səbuhi TOFİQOĞLU

 

0