Roman Qriqorçuk: Əsas vəzifənin öhdəsindən gəldik
09.04.2015 - 20:45
Roman Qriqorçuk: Əsas vəzifənin öhdəsindən gəldik

Topaz Premyer Liqasının XXIX turunda qonşu pillərdə yer alan komandalar- “Qəbələ” və “Simurq” qarşılaşıb. Apasport.az saytı PFL-ə istinadən xəbər verir ki, meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşan matçın ardından hər iki komandanın baş məşqçisi mediaya açıqlama verib.

 

Əvvəlcə, “Simurq”un çalışdırıcısı George Çixradze qarşılaşma haqda fikirlərini səsləndirib: “Gərgin oyun alındı. Qol epizodları yaratsaq da, bundan istifadə edə bilmədik. Rəqibin standart vəziyyətdən vurduğu bir top görüşün nəticəsini müəyyənləşdirdi. Qolun ardından açıq futbol sərgilədik. Amma yenə istədiyimizi həyata keçirə bilmədik”.
 

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk isə öz növbəsində qazanılan qələbənin əhəmiyyətini vurğulayıb: “Bu gün başlıca vəzifənin öhdəsindən gəldik. Əsas rəqiblərimizdən “Simurq”la  görüşdə çox yaxşı futbol sərgiləməsək də, 3 xal əldə etdik”.