“Çempion olmaq üçün bütün komandada böyük bir istək var”. Apasport.az saytı xəbər verir ki, bu açıqlama “Beşiktaş”ın baş məşqçisi Slaven Biliçdən məxsusdu.
Xorvatiyalı, klubu tərk edəcəyi ilə bağlı informasiyalara o qədər də fikir ayırmadığını bildirib: “Mövsüm sonunda isə hər şəkildə hesabat verməyə hazıram”.
Mütəxəssis daha sonra sözləri ilə “qara qartallar”ın forvardı Demba Banın oyununa diqqət çəkib: “Hazırda o, yüksək səviyyədə çıxış edə bilmir. Amma biz onun üstünə getməməliyik. Əksinə, hamımız futbolçumuza dəstək olmalıyıq”.
Mövsümün bitməsinə 8 tur qalmış sonrakı qarşılaşmalardan qalib ayrılmağı düşünən Biliç, tezliklə həm “Qalatasaray”ı, həm də “Fənərbaxça”nı qabaqlayacaqlarını deyir.