"El Klassiko"nun vaxtı açıqlandı
10.09.2014 - 19:34
Dünyada hər kəsin maraqla izlədiyi "El Klassiko"nun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2014-2015 mövsümündə "Real" və "Barselona" arasında keçiriləcək ilk oyun oktyabrın 25-də baş tutacaq.
İlk matç "Santiaqo Bernabeu" stadionunda keçiriləcək. Bu isə İspaniya La Liqasının IX turuna təsadüf edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
0
0