Hər il ənənəvi olaraq təşkil olunan “Emirates Cup”ın bu dəfəki iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ev sahibi “Arsenal”ın icraçı direktoru İvan Qazidis “topçular”ın bu ilki rəqiblərini açıqlayıb.
“Volfsburq”, “Lion” və “Vilyareal”ın turnirdə iştirak edəcəyini bildirən Qazidis bu komandaların “Arsenal”ın yeni mövsümə hazırlığı üçün əla rəqiblər olacağını deyib:
“Rəqiblərimizin heyətində fantastik futbolçular var. Bizi əla turnir gözləyir. Düşünürəm ki, bu turnir həm azarkeşlərimiz üçün çox maraqlı, həm də komandamız üçün hazırlıq baxımından çox faydalı olacaq”.