"Fənərbaxça" hazırlığa 4 itki ilə başladı
09.04.2015 - 21:04
Türkiyə Superliqasında və kubokda oyunlarına hazırlaşan “Fənərbaxça” növbəti məşqini keçirib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 futbolçu son hazırlığa qatıla bilməyib.
Belə ki, Volkan Demirel, Mehmet Topuz və Bruno Alveş zədə səbəbindən, məşqlərdə iştirak etməyib. Mehmet Topal keçirdiyi xəstəliyə görə, komanda yoldaşları ilə bir araya gəlməyib. Portuqaliyalı ulduz Raul Meyreleş isə məşq prosesində ayağında ağrı hiss edib və hazırlığı yarımçıq saxlayıb.
Egemen Korkmaz, Diyeqo Ribas ve Alper Potuk isə xüsusi proqram əsasında çalışıblar.
0
0