“Fənərbaxça” həftə sonu çempionat oyununda “Balıkəsirspor”la qarşılaşmanın hazırlıqlarına başlayıb. Apasport. az saytının məlumatına görə, zədə səbəbindən klubuna yardım edə bilməyən Raul Meyreleş artıq məşqlərə qatılıb.
Belə ki, bir müddət əvvələdək komandadan ayrı çalışan və xüsusi proqram əsasında zədəsini sağaldan portuqaliyalı ulduzun vəziyyətinin qənaətbəxş olduğu ortaya çıxıb.
Lakin Mehmet Topuz və Emre Belözoğlu yaşadıqları problemlərə görə müalicələrini davam etdirirlər.
Qeyd edək ki, “Fənərbaxça” Türkiyə Superliqasının XXIX turunda autsayder “Balıkəsirspor”la üz-üzə gələcək.