"Fənərbaxça" ukraynalı futbolçunu istəyir
09.05.2015 - 20:39
“Fənərbaxça” “Dnepr”in hücumçusu Seleznyovu heyətinə cəlb etmək istəyir. Apasport.az saytının Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul klubunun rəsmiləri artıq bunun üçün kluba rəsmi müraciət ünvanlayıblar.
29 yaşlı hücumçu cari mövsüm Ukrayna birinciliyində keçirdiyi 19 oyunda 8 dəfə fərqlənməyi bacarıb.
Xatırladaq ki, UEFA Avroliqanın yarım final mərhələsində oynayan “Dnepr”in səfərdə “Napoli” ilə 1:1 bərabərə qaldığı oyunda dneprliləri ümidləndirən qolu məhz Seleznyov vurmuşdu.
0
0