"Fənərbaxça"nın 4 futbolçusu məşqə çıxmadı
27.04.2015 - 19:27
"Fənərbaxça"nın 4 futbolçusu məşqə çıxmadı

“Fənərbaxça” Türkiyə kubokunda  “Bursaspor”la oyunun hazırlığına başlayıb. Apasport. az saytı xəbər verir ki, komanda məşq toplanışına 4 oyunçusuz çıxıb.   

 

Belə ki, Raul Meyreleş, Emre Belezoğlu, Mehmet Topuz və Pyer Vebo heyətə daxil olunmayıb.  

 

Qeyd edək ki, “sarı-lacivərdliər” sabah Türkiyə kubokunun ilk yarımfinal qarşılaşmasında səfərdə “Bursaspor”la üz-üzə gələcək. Daha bir oyunda isə “Qalatasaray” və “Sivasspor” münasibətləinə aydınlıq gətirəcək.