"Fənərbaxça"nın sabiq oyunçusu həyatını itirdi
22.04.2015 - 00:20
Vaxtilə “Fənərbaxça”da forma geyinən Con Moşe dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, CAR yığmasının sabiq futbolçusu xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Karyerasının böyük hissəsini Türkiyədə keçirən Moşe 49 yaşında vəfat edib. Müalicəsini xəstəxanada alan və bir müddət öncə evə buraxılan afrikalı sonradan həyatla vidalaşıb.
Qeyd edək ki, futbolçu 73 dəfə millinin şərəfini qoruyub. Həmçinin, 1993-2003-cü illərdə “Gənclərbirliyi”, “Qocaelispor”, “Fənərbaxça” və “Bursaspor”un formasını geyinib.
0
0