“Mənə komandanı tərk edəcəyimlə bağlı suallar veriləndə, buna adətən mövsüm sonunda baxacağımı deyirəm. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Fənərbaxça”nın ulduzu Musa Sov səsləndirib.
Seneqallı forvard hazırda komandasında qalmaqdan məmnun olduğunu söyləyib: “Hələki burdayam və önümüzdəki oyunları düşünürük. “Fənərbaxça”nı ən yaxşı formada təmsil etməkdə qərarlıyam”.
Sov “sarı-lacivərdlilər”in mövsüm sonunda istəyinə çatacağına ümid bəsləyir: “Liqada çempionluq yarışının bu cür başabaş getməsi bizi daha da həyəcanlandırır. Lakin niyyətimizə çatacağımıza inamım böyükdü”.
Qeyd edək ki, Türkiyə Superliqasındakı son qarşılaşmaların ardından “Fənərbaxça” turnir cədvəlinin ilk pilləsinə yüksəlib.