"Feyenoord" Kazımla müqaviləni uzadır
22.04.2015 - 21:01
Hələ mövsümün əvvəlində “Bursaspor”dan “Feyenoord”a kirayə əsasında keçən Kazım Kazım Hollandiyada rəğbət qazana bilib. Apasport. az saytının məlumatına görə, onun sərgilədiyi futbol rəhbərlikdə müsbət fikirlər yaradıb.
Buna görə də, Hollandiya klubu oyunçu ilə müqaviləsini uzatmaqda maraqlıdı. Kazım da açıqlamasında indiki komandasında xoşbəxt olduğunu bildirib.
Qeyd edək ki, “Feyenoord” gələcək mövsümdən sabiq oyunçusu Dirk Kuytu da heyətinə qatacaq.
0
0