İtaliya “İnter”i yanvarda heyətini bir qədər də gücləndirmək fikrindədi. Apasport.az saytı xəbər verir ki, milanlıların maraq dairəsində olan ilk futbolçu “Latsio”nun yarımmüdafiəçisi Lukas Bilyadı.
“Neradzurra”nın baş məşqçisi Roberto Mançini rəhbərliklə söhbətində argentinalı futbolçunun alınmasını tələb edib. Bundan sonra hərəkətə keçən italyanlar 29 yaşlı xavbeklə danışığa start veriblər.
“Latsio” rəhbərliyi klubla müqaviləsi olan Bilyanı 30 milyon avrodan aşağı qiymətə satmaq haqda düşünmür. Bu məbləğ isə “İnter” rəsmilərini razı salmır.
Qeyd edək ki, Argentina yığmasının da üzvü olan Bilya 2013-cü ildən “Latsio”nun formasını geyinir.