"Karşıyaka" uduzdu, Mahir Şükürov "fərqləndi”
03.11.2014 - 00:39
"Karşıyaka" uduzdu, Mahir Şükürov "fərqləndi”

Türkiyənin PTT I liqasında VIII turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" "Samsunspor"un qonağı olub.

 

Təmsilçimizin komandası 1:2 hesabı ilə uduzub.

 

Start heyətdə meydana çıxan Mahir 90 dəqiqə oynayıb. Futbolçumuz 55-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. "Samsunspor"un heyətində isə "Xəzər Lənkəran"ın sabiq üzvü Mbilla Etame 90 dəqiqə forma geyinib.

 

Qeyd edək ki, "Karşıyaka" 8 oyundan sonra 11 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.