I divizonda X tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
"Kəpəz" evdə MOİK-i 4:0 hesabı ilə məğlub edib. "Şuşa" səfərdə" "Mil-Muğan"a qalib gəlib – 1:4. Debütant "Zirə" rəqib meydanında "Şəmkir"i 1:0, "Ağsu" "Bakılı"nı 2:0 hesabı ilə yenib.
I divizion
2014/15 mövsümü
I dövrə
X tur
6 noyabr
“Kəpəz” - MOİK - 4:0
Qollar: Vasif Məhərrəmov, 67; 90, Ramil Həşimzadə, 79; 82-pen
“Şəmkir” – “Zirə” - 0:1
Qol: Tural Adıgözəlov, 63
“Mil-Muğan” – “Şuşa” - 1:4
Qollar: Ruhid Usubov, 59 - Xəzər Qəribov, 14, Huşa Bahaciputaşka, 26; 84, Azər Məmmədov, 78-avtoqol
Bakılı - Ağsu - 0:2
Qollar: Natiq Kərimi, 58, Fərrux Rəhimov, 65-pen