"Liverpul" kubokun yarımfinalında !
09.04.2015 - 01:12
İngiltərə kubokunda (FA cup) daha bir yarımfinalçı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Blekbern”i məğlub edən “Liverpul” daha növbəti mərhələyə yüksələ bilib.
Eyniadlı şəhərin komandasının minimal üstünlüyü, onu yarımfinalda “Aston Villa”ya rəqib edib. Tərəflər arasında görüş aprelin 19-da baş tutacaq.
“Ridinq”lə “Arsenal” cütünün qalibi isə digər finalçını müəyyən edəcək. Həmin oyun 18 apreldə təşkil olunacaq.
0
0