“Liverpul”un forvardı Daniel Staric mövsüm sonunadək klubuna kömək edə bilməyəcək. Apasport. az saytı Türkiyə mətbutaına istinadən xəbər verir ki, ingilis hücumçunun üzləşdiyi zədənin ciddi olduğu ortaya çıxıb.
Komandanın baş məşqçisi Brendan Rocers isə son dəfə “Blekbörn” ilə İngiltərə kubokunda qarşılaşmada forma geyinən Staricin heç də yaxşı günlər yaşamadığını bildirib: “Bu müddət onun üçün çətin keçir. Staricin tezliklə sağalıb komandaya qayıtmasına və mütəmadi şəkildə oynamasına ehtiyacımız var”.
Qeyd edək ki, "Mançester Yunayted"lə oyunda zədələnən 25 yaşlı futbolçunun xidmətindən az hallarda istifadə edib.