“Olimpiakos”un baş məşqçisi Xose Miqel "Mançester Yunayted”lə oyun barədə açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli KİV-ə danışan ispan çalışdırıcı Çempionlar Liqasının 1/8 final mərhələsi ilk oyunundakı 2:0 hesablı qalibiyyəti dəyərləndirib:
“Olimpiakos” “Mançester Yunayted” kimi nəhəng klublarla mübarizə apara biləcək gücə sahibdir. Belə böyük komandanı məğlub etmək çox qiymətlidir. Futbolçularımla fəxr edirəm. Bu qalibiyyət klubumuzun tarixində önəmli məqamdır. Amma hesab edirəm ki, 2:0 hesablı qalibiyyət növbəti mərhələyə adlamaq üçün kifayət deyil. İndi bizi “Mançester Yunayted”lə İngiltərədə çətin oyun gözləyir. Orada bizə böyük müqavimət göstərəcəklər.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”