"Mançester Yunayted"dən ayrılır, "Real"da qalmır
13.05.2015 - 12:40
"Mançester Yunayted"dən ayrılır, "Real"da qalmır

Madrid “Real”ında icarə əsasında çıxış edən “Mançester Yunayted”in futbolçusu Xavyer Ernandes yeni təkliflər alıb. Apasport.az saytı xəbər verir ki, 27 yaşlı hücumçunun xidmətində İtaliya təmsilçiləri maraqlıdı.

 

Belə ki, Ernandeslə “Milan”, “Roma” və “Napoli” klubları danışıq aparırlar. Xüsusilə “Roma” “Çiçarito” ləqəbli futbolçunu transfer etməkdə israrlıdı.

 

Ernandesin transfer qiyməti 12 milyon avrodu. Bu məbləği ödəyən klub Meksika yığmasının üzvünü heyətinə qata biləcək.

 

Qeyd edək ki, 2010-cu ildən “Mançester Yunayted”in formasını geyinən Ernandes ötən ildən icarə əsasında “Real”da çıxış edir.