"Mançester Yunayted"in 30 milyonluq arzusu
22.04.2015 - 23:51
“Mançester Yunayted” çoxdandı maraqlandığı futbolçuya yeni təklib göndərib. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummelsə təklif göndərib.
Almaniyanın “Bild” nəşrində yer alan xəbərə əsasən, İngiltərə nəhəngi dünya çempionuna 30 milyon avro ödəməyə hazırdı. Lakin qarşı tərəf bu məbləğlə razılaşmayıb və əvəzində futbolçunun qiymətini 45 milyon avro kimi dəyərləndirib.
Qeyd edək ki, hazırda Hummelsin komandası ilə 2017-ci ilədək müqaviləsi var. Buna baxmayaraq, müdafiəçi komandadan ayrıla biləcəyini açıqlayıb.
0
0