Qapıçı David De Xeyanın “Mançester Yunayted”lə yeni müqavilə imzalamaqdan imtina etməsi komandada yeni qolkiper axtarışına səbəb olub. Apasport. az saytı xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Lui Vaan Qal indi də digər çərçivə qoruyucusunu De Xeyaya alternativ kimi düşünür.
Böyük Britaniya mediasında yer alan məlumatlarda bildirilir ki, holland mütəxəssis həmin boşluğu “Tottenhem”in qolkiperi Huqo Llorislə doldurmaq niyyətindədi.
Maraqlıdı ki, “Barselona”dan “Mançester Yunayted”ə cəlb olunan Viktor Valdes Vaan Qalın gözündə formada olan qapıçı kimi görünmür.
Qeyd edək ki, Lloris açıqlamasında bir neçə dəfə Çempionlar Liqasında oynamaq istəyindən danışıb. Bu arada, 28 yaşlı fransız qolkiperlə PSJ də maraqlanır.