"Mən olmasaydım, Terri burda qalmazdı"
17.05.2015 - 15:26
"Mən olmasaydım, Terri burda qalmazdı"

Londonun “Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo Con Terri haqqında fikirlərini bölüşüb. Apasport.az saytının “Mirror”a istinadən məlumatına görə, Mourinyo ingilis futbolçunun məhz ona görə “Çelsi”də qaldığını bildirib:

 

“Məncə Terri də bilir ki, əgər mən olmasaydım o bu vaxta kimi “Çelsi”də qalmazdı. Çünki başqa məşqçi onu oynatmazdı, oynamayan oyunçu ilə isə klub yeni müqavilə imzalamazdı”.

 

Müdafiəçinin problemləri olduğunu bildirən Mou, onun mövsümboyu stabil çıxış edə bilmədiyini deyib:

 

“Onun hansısa problemləri var idi. Demək olar ki, mövsümboyu 2-3 oyun ard-arda uğurlu oyun keçirə bilmədi”.

 

Xatırladaq ki, 34 yaşlı müdafiəçi bu mövsüm 36 oyun keçirib. 5 qol vuran Terri, iki dəfə də sarı vərəqə ilə cəzalanıb.