"Monako" oyunçusu ilə müqaviləsini uzatdı
10.04.2015 - 00:19
“Monako”, futbolçusu Jeremi Tulalan ilə müqaviləsini yeniləyib. Apasport.az saytı xəbər verir ki, klubun rəsmi açıqlamasına əsasən, fransız oyunçu ilə 2017-ci ilədək müqavilə bağlanıb.
Fransa yığmasının da şərəfini qorumuş Tulalan, karyerası ərzində “Nant”, “Lion”, “Malaqa” kimi komandalarda top qovub. Builki mövsümdə 37 dəfə meydana çıxıb.
Qeyd edək ki, Çempionlar liqasının sürpriz komandalarından “Monako”, Tulalandan əlavə, xorvat qapıçı Daniel Subaşiçlə 4, mərakeşli yarımmüdafiəçi Nabil Dirar ve italyalı müdafiəçi Andrea Radji ilə 3 illik müqaviləyə imza atıb.
0
0