[b]"Qələbəyə bərabər heç-heçə etdik" - Yığmanın baş məşqçisi[/b]
10.05.2018 - 18:16
[b]"Qələbəyə bərabər heç-heçə etdik" - Yığmanın baş məşqçisi[/b]

"Bu gün turnirin ən güclü və ən məhsuldar komandalarından biri ilə qarşılaşdıq. Slovakiya yığmasını finala vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Qələbəyə bərabər heç-heçə etdik". Apasport.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, bu sözlər Slovakiya (0:0) ilə oyundan sonra açıqlama verən, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmmədə məxsusdu.

 

"Turnir çox sıx qrafik üzrə keçirilir. Ancaq belə bir vəziyyətdə dayanmadan çalışan futbolçularıma və hər bir mütəxəssisə təşəkkür edirəm. Bununla belə, böyük işlər görmək üçün daha çox çalışmalıyıq. Artıq Amerika Birləşmiş Ştatları ilə oyuna hazırlaşmalıyıq" - deyə, Vüqar Məmməd əlavə edib.

 

Qeyd edək ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Slovakiyada təşkil olunan beynəlxalq turnirdə qrupunda ikinci yeri tutub. Gənclər sabah üçüncülük uğrunda matçda ABŞ-dan olan həmyaşıdları ilə üz-üzə gələcəklər.