Övladının təhsili üçün "Qalatasaray" əfsanəsinin butslarını satışa çıxardı
12.05.2015 - 15:37
Övladının təhsili üçün "Qalatasaray" əfsanəsinin butslarını satışa çıxardı

Əfsanəvi futbolçu Georgi Hacının butsları satışa çıxarılıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, yerli sakinlərdən biri bununla bağlı elan verib.

 

Elanda “Qalatasaray”ın UEFA Kubokunu qazandığı 2000-ci ildə sabiq rumıniyalı yarımmüdafiəçinin geyindiyi orijinal butsların sahibi tərəfindən satışa çıxarıldığı qeyd edilib. Üzərində Hacinin imzası olan ayaqqabıların qiyməti 35 min türk lirəsidi (13 min 700 manat). Həmin şəxs butsları 2001-ci ildə klubun məktəbində keçirilən auksionla qazanıb. Elanın sahibi övladının təhsil xərclərini qarşılamaq üçün bu addımı atdığını vurğulayıb.

 

Qeyd edək ki, 1996-2001-ci illərdə “Qalatasaray”ın formasını geyinən George Haci burda 4 dəfə Türkiyə çempionu olub, 2 dəfə ölkə kubokunu, 2 dəfə Türkiyə Superkubokunu, həmçinin UEFA Kuboku və Avropa Superkubokunu qazanıb.