"Qarabağ" - "Dnepr" oyununun biletləri satışa çıxarılır
03.11.2014 - 03:00
Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək "Qarabağ" - "Dnepr" matçının biletləri bu gündən satışa çıxarılacaq. Apasport.az saytının məlumatına görə, biletlər səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.
Biletlərin qiyməti 1-10 manat arası dəyişir.
Qeyd edək ki, noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu saat 21:00-da başlayacaq.
- Acun Ilıcalıdan iddialı sözlər – “Las-Veqası onların ayağına gətirəcəyəm”
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
0
0