"Real”ın portuqaliyalısı getmək istəyir
08.08.2015 - 16:28
"Real”ın portuqaliyalısı getmək istəyir

Yay transfer dönəminin passiv komandalarından olan “Real” əsas oyunçularından birini itirə bilər. Apasport.az saytının Portuqaliya mətbuatına istinadən məlumatına görə, müdafiəçi Fabio Koentrao komandanı tərk etmək fikrinə düşüb.

 

Son vaxtlar Marselo ilə rəqabətdə uduzan Portuqaliya yığmasının üzvü də oynaya biləcəyi bir kluba keçmək niyyətindədi. Koentrao yenidən “Benfika”nın formasını geyinməyin əleyhinə deyil. “Benfika” rəhbərliyi də sabiq oyunçusunu geri qaytarmaq üçün qarşı tərəfə müraciət edib.

 

Qeyd edək ki, Koentrao “Real”a 2011-ci ildə 30 milyon avro müqabilində məhz “Benfika”dan keçmişdi.