[b]"Real" qarşısında Cansız "Liverpul"[/b]
09.05.2018 - 17:26
[b]"Real" qarşısında Cansız "Liverpul"[/b]

"Liverpul"un yarımmüdafiəçisi Əmrə Canın vəziyyətinə aydınlıq gəlib. Apasport.az saytının "Telegraph"a istinadən məlumatına görə, almaniyalı futbolçu Çempionlar Liqasının finalında komandasına kömək edə bilməyəcək.

 

Daha öncə Canın bu həftə məşqlərə qayıdacağı barədə xəbərlər yayılsa da, həkimlərin bazar ertəsi apardıqları yoxlamanın nəticəsində vəziyyətin qənaətbəxş olmadığı ortaya çıxıb.

 

Hələ də Almaniyada müalicəsini davam etdirən 24 yaşlı oyunçu növbəti həftədən çalışmalara start verəcəyinə inanır. Ancaq Can məşqlərə başlasa belə, fiziki formasını Çempionlar Liqasının finalına qədər bərpa etməsi böyük sual altındadı.

 

Keçən həftə "Liverpul"un baş məşqçisi Yurgen Klopp Əmrə Canla bağlı, tibbi yoxlamanın nəticəsinə uyğun qərar verəcəklərini açıqlamışdı.

 

Əmrə Can 17 martda "Uotford"la oynanılan matçda bel əzələsindən zədə almışdı.