Sxadadze: Düşərgəmizə Kosta-Rikadan hücumçu gələcək
15.01.2014 - 20:20
 Sxadadze: Düşərgəmizə  Kosta-Rikadan  hücumçu gələcək

"Oyuna eksperimental heyətlə çıxmışdıq. Baxışda yeni oyunçular vardı”. Bunu apasport.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşına “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı çalışdırıcı Almaniyanın “Holştayn” klubu ilə oyundan sonra məğlubiyyət (0:3) haqqında danışıb. Onun sözlərinə görə baxışda olanlar – braziliyalı Mateus və italyanmənşəli almaniyalı Kevin Petsoni geri qaytarılacaqlar.

Sxadadze düşərgəyə yeni hücumçunun gələcəyini də bildirib: “Baxışda olanları nəzərdən keçirdik. Belə oyunlar da məhz buna görə lazımdır. Ancaq onların hər ikisi də müdafiənin mərkəzində ilk hissədə səhv edib qapımızdan 3 topun daxil olmasına səbəb oldu. Yeni futbolçular barəsində onu demək istəyirəm ki, onlar evlərinə geri dönəcəklər. Axtarışlarımız davam edir. Yaxın günlərdə Kosta-Rikadan bir hücumçu komandanın düşərgəsinə gələcək. Tibbi müayinədən sonra onunla müqavilə bağlayacağıq. Yanvarın 18-də isə Qazaxıstanın “Aktobe” klubu ilə qarşılaşacağıq".

Qeyd edək ki, baxışda olanlardan braziliyalı Mateus Zaporojye “Matallurq”unda çıxış edib. “Köln”ün sabiq futbolçusu olan Kevin Petsoni isə Aue “Ertsqebirqe”sində çıxış edib.

Səbuhi TOFİQOĞLU
Bələk