"Yuventus" 80 milyonluq təklifi qəbul etmədi
08.05.2015 - 13:40
“Yuventus”un fransalı futbolçusu Pol Poqbanı heyətinə qatmaq istəyən “Barselona”nın bu istəyi həyata keçməyəcək. Apasport.az saytının məlumatına görə, Turin klubu kataloniyalıların təklifini qəbul etməyib.
“Barselona” Poqbaya görə 80 milyon avro xərcləməyə hazırdı. Ancaq bu məbləğ “qoca sinyora”nı razı salmır. İtalyanlar 2016-cı ilə qədər müqaviləsi olan Poqbanı 100 milyon avroya satmağı düşünürlər.
Qeyd edək ki, Fransa yığmasının üzvü ilə Madrid “Real”ı, “Çelsi”, “Mançester Siti” və PSJ klubları da danışıq aparırlar.
0
0