"Yuventus"da gözlənilən transfer rəsmiləşdi
09.06.2015 - 18:05
"Yuventus"da gözlənilən transfer rəsmiləşdi

Çempionlar Liqasının finalçısı “Yuventus” heyətini gücləndirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Turin klubu “Real”ın yarımmüdafiəçisi Sami Xediranı heyətinə qatıb.

 

28 yaşlı oyunçunun “kral klubu” ilə müqavilə müddəti bu ayın sonu başa çatacağından, bu keçid italyanlara pulsuz başa gəlib. Almaniya millisinin üzvü A seriyasının çempionu ilə 4 illik müqavilə imzalayıb.

İtaliya mətbuatına görə, onun yeni komandasında illik məvacibi 4 milyon avro təşkil edəcək.

 

Qeyd edək ki, Sami Xedira “Real”a 2010-cu ildə “Ştutqart”dan keçmişdi.