"Yuventus"un finaldakı rəqibi müəyyənləşdi
09.04.2015 - 02:18
"Yuventus"un finaldakı rəqibi müəyyənləşdi

Bu mövsüm İtaliya kubokunun  finalında “Latsio” ilə “Yuventus” üz-üzə gələcək. Apasport.az saytı xəbər verir ki, “Napoli” üzərində qələbə qazanan romalılar Turin klubuna rəqib olub.

 

İlk qarşılaşma qolsuz heç-heçə ilə başa çatdığından, cütün şanslısı “Napoli” sayılırdı. Lakin bu təxminləri alt-üst edən “Latsio” iddialı olduğunu nümayiş etdirib. Görüşün sonlarına yaxın vurulan 1 qol həlledici olub.

 

Qeyd edək ki, öncəki gün “Yuventus”  “Fiorentina”ya  iki oyunun nəticəsinə görə  qalib gəlib (4:2).