London “Arsenal”ının baş məşqçisi Arsen Venger komandasındakı zədəli futbolçular haqda danışıb. Apasport.az saytının məlumatına görə, yerli mətbuata müsahibəsində Venger bildirib ki, mövsümün əvvəlində heyətdə zədəli futbolçular çox olmasaydı, “Çelsi” ilə başabaş mübarizə aparardılar.
“Bir neçə dəfə demişəm, mövsümün əvvəlində, dünya çempionatından sonra oyunçularımdan bəziləri ciddi zədəyə məruz qaldılar. Yaxşı balans əldə eləmək üçün çox vaxt lazım gəldi və biz bu müddətdə çoxlu vacib xallar itirdik” – deyə, fransız mütəxəssis bildirib.
Artıq çempionluğu təmin etmiş “Çelsi” haqqında da danışan Venger əzəli rəqiblərinin buna layiq olduğunu deyib: “Düzünü demək lazımdı ki, “Çelsi” mövsümə əla başladı və axıra kimi də uğurlu çıxış edərək, çempionluğu qazandı”.