A seriyası inqilabi dəyişikliyə hazırlaşır
20.09.2016 - 01:58
A seriyası inqilabi dəyişikliyə hazırlaşır

İtaliya A seriyasının formatı dəyişdirilə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio açıqlama verib.

 

Federasiya rəhbəri bildirib ki, birincilikdə çıxış edən komandaların sayı 20-dən 18-ə düşürülə bilər. O, bunu rəqabətin artırılması üçün etdiklərini deyib.

 

İFF rəsmisi qeyd edib ki, artıq növbəti həftədən bu qərarın müzakirəsinə başlanılacaq: “Anlayıram ki, maliyyə cəhətdən vəziyyət gərgindi. Ancaq biz bunu 1 il ərzində edə bilmərik. Tədricən, 3-4 ilə istədiyimizi reallaşdıracağıq”.

 

Qeyd edək ki, A seriyası hazırkı formata 2004-cü ildən keçib. 1988-ci ildən həmin vaxta qədər isə çempionatda 18 komanda yarışıb. 

0