Abışov bu dəfə heyətə daxil edildi
27.02.2014 - 20:30
Avropa Liqasının 1/16 finalında bu gün baş tutacaq "Rubin" - "Betis" matçı üçün start heyətlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Kazan klubunun şərəfini qoruyan Azərbaycan millisinin üzvü Ruslan Abışovun bu matçın iştirak ərizəsinə daxil edilib.
İspaniyadakı ilk matçda 18-liyə alınmayan müdafiəçimiz start heyətdə yer almasa da, ehtiyat oyunçular arasındadır. Şans veriləcəyi təqdirdə, futbolçumuzu oyunun irəliləyən dəqiqələrində meydanda görə bilərik.
Qeyd edək ki, “Rubin” 1/16 finalın ilk matçında ispan klubu ilə 1:1 bərabərə qalmışdı.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0