Millimizin üzvü oynadı, komandası Avropa Liqası ilə vidalaşdı
27.02.2014 - 23:13
Millimizin üzvü oynadı, komandası Avropa Liqası ilə vidalaşdı

Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” də bu gün doğma azarkeşləri qarşısında qüvvəsini sınayıb.

 

Kazan klubu evdə La Liqanın autsayderi “Betis”lə üz-üzə gəlib. İspaniyada rəqibi ilə 1:1 bərabərə qalan Rusiya təmsilçisi cavab oyununda 0:2 hesabı ilə məğlub olaraq Avropa Liqasında mübarizəni dayandırıb.

 

Səfərdəki birinci oyundan fərqli olaraq, Abışovun adı isə bu matçın iştirak ərizəsinə daxil edilib. Həmyerlimiz 75-ci dəqiqədə Yann M’Vilanın əvəzinə meydana çıxıb və sona qədər mübarizə aparıb.