Abışovun komanda yoldaşı Türkiyəni deyil, Yunanıstanı seçdi
29.01.2014 - 21:33
Abışovun komanda yoldaşı Türkiyəni deyil, Yunanıstanı seçdi

Millimizin üzvü Ruslan Abışovun şərəfini qoruduğu “Rubin”in futbolçusu Bibras Natxo karyerasını Yunanıstan çempionatında davam etdirəcək. Apasport.az-ın məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.

 

Belə ki, PAOK 25 yaşlı yarımmüdafiəçi ilə müqavilə bağlayıb. Anlaşmaya görə, israilli futbolçu mövsüm sonuna qədər yunan klubunda çıxış edəcək.

 

Qeyd edək ki, İsrail millisinin də üzvü olan Natxo 2010-cu ildə ölkəsinin “Hapoel” (Təl-Əviv) klubundan Kazan təmsilçisinə transfer olunub. O, cari mövsüm Rusiya Premyer Liqasında 19 matça çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Yaxın günlərdə təcrübəli futbolçunun İstanbul “Qalatasaray”ına keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.