ABŞ DÇ-2026-nı keçirmək istəyir
06.09.2014 - 23:09
ABŞ DÇ-2026-nı keçirmək istəyir

ABŞ 2026-cı ildə reallaşdırılması nəzərdə tutulan dünya çempionatını keçirməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, bu haqda ölkə futbol federasiyasının prezidenti Sunil Qulati bildirib.

 

Xarici mətbuata danışan futbol məmuru 4 ildən bir keçirilən mundiala ölkəsinin hazır olduğunu vurğulayıb.

 

Qeyd edək ki, DÇ- 2018 Rusiyada, 4 ildən sonar isə Qətərdə keçiriləcək.