ABŞ millisinin futbolçusu “Beşiktaş”da
30.01.2014 - 02:35
“Şalke”nin futbolçusu Cermeyn Cons karyerasını Türkiyə Superliqasında davam etdirəcək. Apasport.az saytı “Ntv Spor”a istinadən xəbər verir ki, “Beşiktaş” 32 yaşlı yarımmüdafiəçini heyətinə qatıb.
Təcrübəli futbolçu tibbi müayinədən keçdikdən sonra “ağ-qaralar”la 2.5 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, ABŞ millisinin də üzvü olan Cons 2007-ci ildə digər Almaniya klubu “Ayntraxt”dan “Şalke”yə keçib. O, cari mövsüm Bundesliqada 14 matça çıxıb və 1 qol vurub.
0
0