Hazırda “Hoffenhaym”da çıxış edən ABŞ millisinin futbolçusu Fabian Conson digər Bundesliqa təmsilçisi “Borussiya” (Münhenqladbax) ilə anlaşıb. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.
Belə ki, mövsüm sonu klubu ilə müqaviləsi başa çatacaq 26 yaşlı müdafiəçi Münhenqladbax təmsilçisi ilə müqavilə bağlayıb. Bu sözləşməyə əsasən, Conson mövsüm sonu azad agent olaraq yeni “ağ-yaşıllar”a keçəcək və 2018-ci ilə qədər yeni komandasında çıxış edəcək.
Qeyd edək ki, təcrübəli sol cinah müdafiəçisi 2011-ci ildə digər alman klubu “Volfsburq”dan “Hoffenhaym”a transfer olunmuşdu.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”