Adriano Hindistana köçə bilər
01.05.2015 - 16:54
Tanınmış braziliyalı hücumçu Adriano karyerasını Hindistanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 33 yaşlı forvard həmyerlisi Zikonun çalışdırdığı “Qoa”ya keçməyə yaxındı.
Ziko yerli mətbuata açıqlamasında Adriano ilə maraqlandıqlarını təsdiqləyib: “Mən Adrianonun oyununu gördüm. Hazırda yaxşı formadadı. Ona bu mövsüm bizim komandada oynamağı təklif etdim”.
Qeyd edək ki, son klubu “Atletiko Paranaense” olan Adriano bu il heç bir klubda çıxış etməyib.
0
0