AFFA 3 klubu cəzalandırdı
14.04.2015 - 12:06
AFFA 3 klubu cəzalandırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXIX turunun oyunlarında baş verənlər qayda pozuntularına hüquqi qiymət verilib. Komitə 3 klub və 1 futbolçunu cəzalandırıb.

 

“Xəzər Lənkəran” – “Neftçi” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat cərimə olunub. Qarşılaşmanın 33-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan Alfred Sanko 1 oyun cəzalanıb, cənubluları 200 manat ziyana salıb.

 

“Qəbələ” – “Simurq” meydan sahiblərinin, “Sumqayıt” – “Bakı” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat ödəyəcək.