Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları üçün bütün təyinatlar açıqlanıb. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, Zaqatalada baş tutacaq “Simurq” – “Qarabağ” görüşünü FİFA referisi Orxan Məmmədov idarə edəcək.
“İnter Arena”da oynanılacaq “İnter” – “Neftçi” derbisi isə Elvin Əsgərova tapşırılıb.
21 aprel (çərşənbə axşamı)
18:00. “Simurq” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev
Zaqatala şəhər stadionu
19:00. “İnter” – “Neftçi”
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rza Məmmədov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rəhim Həsənov
“İnter Arena”