AFFA inzibatçını 500 manat cərimələdi
11.11.2014 - 12:41
AFFA İntizam Komitəsi (İK) I dəstənin X turunun “Bakılı” – “Ağsu” oyununda baş verənlərə hüquqi qiymət verib. Apasport.az saytının məlumatına görə, qonaqların 2:0 hesabı ilə qalib gəldiyi matçdan sonra “Bakılı”nın baş məşqçi vəzifələrini icra edən inzibatçısı Rövşən Mustafayev əsəblərinə hakim ola bilməyərək baş hakim Rəşad Əhmədovu təhqir edib.
İK buna görə Mustafayevi 5 oyunluq cəzalandırıb. “Bakılı” isə işçisinə görə 500 manat cərimə olunub.
0
0