Bu gün AFFA-nın İntizam komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının son 2 turunun oyunları zamanı baş verən xoşagəlməz hadisələr də müzakirə olunub. Komitə üzvləri həmin məsələlərlə bağlı müvafiq qərarlar da verib.
XXVII turun “Sumqayıt”la ev oyununda 4 sarı vərəqə ilə cəzalanan “Xəzər Lənkəran” da 1000 manat cərimələnib.
XXVIII turda göstərilən yeganə qırmızı vərəqənin müəllifi Karlos Kardoso 3 oyunluq cəzalanıb. Birbaşa meydandan qovulan legioneri komandasını da 2 min manat ziyana salıb. Futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə Kardoso yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq. Bu isə o deməkdi ki, braziliyalı yalnız XXIX turun “Xəzər Lənkəran”la görüşünü buraxacaq.
Bundan başqa, “Simurq”la səfər oyununda 6 futbolçusu sarı vərəqə ilə cəzalanan “Neftçi” daha 1000 manat ödəyəcək. AZAL-la qarşılaşmada 4 oyunçusuna xəbərdarlıq edilən “Qəbələ”nin də cəzası eyni olub.
Mənbə: pfl.az