AFFA klub prezidentini cəzalandırdı
14.10.2014 - 12:39
“Bakılı” klubunun prezidenti Misir Əbilov növbəti dəfə cəzalanıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi onu 5 oyunluq cəzaya məruz qoyub.
Əbilov 500 manat cərimə də ödəməli olacaq. Buna onun Azərbaycan çempionatının I divizionunun VI turu zamanı yol verdiyi hərəkətlər səbəb olub.
Klub prezidenti “Qaradağ-Lökbatan”la matç zamanı hakimlər briqadasını təhqir etdiyi üçün belə cəzaya layiq görülüb.
0
0