AFFA prezidenti püşkatma mərasimində
12.03.2014 - 15:15
AFFA prezidenti püşkatma mərasimində
UEFA Futzal Kubokunun “Dördlər finalı”nın püşkatma mərasiminə AFFA prezidenti Rövnəq Abdullayev də qatılıb. Apasport.az saytının məlumatına görə, onu federasiyanın digər rəsmiləri – vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov müşayiət edir.

Həmçinin, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da “Hilton” otelində keçirilən mərasimdədir.


Qeyd edək ki, püşkatmada həlledici mərhələyə çıxmış 4 futzal komandasının aqibəti həll olunacaq. “Dördlər finalı”nda ölkəmizi təmsil edən “Araz”la yanaşı, “Barselona” (İspaniya), Moskva “Dinamo”su (Rusiya) və “Kayrat” (Qazaxıstan) mübarizə aparacaq.