[b]AFFA Ramil Şeydayevə pasport alıb, FİFA-ya müraciət etdi[/b]
12.07.2016 - 20:45
Azərbaycan milli komandasında çıxış etmək üçün müraciət etmiş Ramil Şeydayev istəyinə çatmaq üzrədir. Apasport.az saytının məlumatına görə, artıq futbolçu Azərbaycan pasportu alıb.
Bu barədə Rusiyanın “Matç TV” telekanalına hücumçunun meneceri Sergey Kuşov açıqlama verib. O bildirib ki, müştərisi həftənin bazar ertəsi günü AFFA-nın dəstəyi ilə Azərbaycan pasportu alıb. Ramilin millimizdə oynamaq istəyini bir daha xatırladan menecer bunun üçün yerli federasiya tərəfindən FİFA-ya müraciət olunduğunu da deyib.
Artıq tərəflər ali futbol qurumunun qərarını gözləyirlər.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0