[b]AFFA rəhbərliyi UEFA-nın prezidenti seçkilərində[/b]
14.09.2016 - 11:04
[b]AFFA rəhbərliyi UEFA-nın prezidenti seçkilərində[/b]

Bu gün Yunanıstanın paytaxtı Afinada UEFA-nın Konqresi keçiriləcək. Apasport.az saytının məlumatına görə, UEFA prezidenti vəzifəsinə seçkinin keçiriləcəyi tədbirdə assosiasiya 3 rəhbərlə təmsil olunacaq.

 

Belə ki, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edəcək.

 

Qeyd edək ki, UEFA-nın prezidenti postu uğrunda Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praq və Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin mübarizə aparacaq. AFFA isə sonuncu səs verəcəyini öncədən açıqlayıb.

 

Mənbə: affa.az